"Anım Günü"nə həsr olunmuş tədbir keçirilib

26.09.2023 tarixində "Anım Günü"nə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" adlı  tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Himni səslənib və canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən məktəbin məzunu, qazi Emin Abdinov ordumuzun şücaətindən danışıb, şəhid Samir Əliyevin anası Sevda xanım və nənəsi Cəmilə xanım Samir ilə olan xatirələrini bölüşüb. Şagirdlər məktəbin məzunu  şəhid Samir Əliyev və onun timsalında bütün şəhidlərin qəhrəmanlıqlarına həsr olunmuş şeirlər söyləyib və mahnılar səsləndiriblər.  Samir Əliyev haqqında videoçarx izlənib. Məktəbin direktoru Yaqut Kərimli çıxış edərək tədbir iştirakçılarına  təşəkkürünü bildirib və qeyd edib ki, qələbəni qanı ilə yazan igidlərin adı həmişə qəlbimizdə  yaşayacaq, onların qəhrəmanlığı tariximizin ən şərəfli səhifəsinə çevriləcək. Tədbir  "Yaşasın Azərbaycan xalqı!", "Yaşasın onun Müzəffər Ordusu!", "Qarabağ Azərbaycandır!" şüarları ilə başa çatıb. Tədbirin sonunda şəhid ailəsi və qazi ilə xatirə şəkli çəkilib.

27.09.2023 tarixində məktəbin həyətində müəllim və şagirdlər "Anım Günü" ilə bağlı vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsini yad etdi. Sonra "Millətəm" mahnısının sədaları altında şagirdlərimiz siniflərinə daxil oldular. Sinif təşkilat saatlarında Vətən müharibəsi haqqında söhbətlər aparıldı. Müharibəyə həsr olunmuş videoçarxlar izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi