Valideyn iclasları keçirildi

21.09.2023-cü il tarixdə ibtidai siniflərdə və 22.09.2023-cü il tarixdə V-XI siniflərdə sinif valideyn iclasları keçirilib. İclaslarda yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırılıb. Valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. Yeni dərs ilində qarşıda duran ümumi vəzifələr, il ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər, uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi, şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması kimi məsələlər müzakirə edilib. Eyni zamanda valideynlərin təklifləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi