"Bilik günü"nə həsr olunan tədbir keçirilib

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Yeni tədris ilinin başlanması münasibətilə şagird, müəllim və valideynləri təbrik edən məktəbin direktoru Yaqut Kərimli yeni dərs ilində hər kəsə uğurlar arzu edərək, ölkədə təhsilə verilən diqqət və qayğıdan söz açıb. Direktor bildirib ki, ölkədə təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir: “Müstəqillik illərində Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb. Ulu öndər Heydər Əliyevin məktəb tikintisi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi siyasətini dövlət başçısı İlham Əliyev əzmkarlıqla davam etdirir”. Tədbirin bədii hissəsində birincilərin ifasında şeirlər səsləndirilib.