Tədris ilinin ilk pedaqoji şura iclası keçirilib

Sentyabrın 12-də tədris ilinin ilk pedaqoji şura keçirilib.Məktəbin direktoru Yaqut Kərimli 2023-2024-cü tədris ilinin fəaliyyət istiqamətlərini pedaqoji şura üzvlərinə çatdırıb. İclasda yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri haqqında, X siniflərin komplektləşməsi, yeni tədris ilində müəllimlərin dərs yükünün, dərs cədvəlinin təsdiqi, fənn metodbirləşmə rəhbərlərinin təsdiqi ilə bağlı məsələlər haqqında ətraflı məruzələr, çıxışlar olub və müvafiq qərarlar qəbul olunub. Kitabxana müdiri şagirdlərin dərsliklərlə təminatı vəziyyəti ilə bağlı pedaqoji şura üzvlərini məlumatlandırıb.