Məktəbli formaları haqqında məlumat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il № 96 qərarının icrasının təmin edilməsi məqsədilə Pedaqoji Şurada müzakirə aparılmışdır. Qərara alınmışdır ki, 2023/24-cü tədris ilində 3 nömrəli əlavədə göstərilən məktəbli formaları seçilsin. Məlumat üçün bildiririk ki, qeyd olunan forma 3 tədris ili üçün dəyişməz qalacaqdır. Forma seçimi valideyn-şagird-müəllim rəyləri əsasında aparılmışdır.