Şagirdimiz gümüş nişanla təltif olunub

Nazirlər Kabinetinin "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na uyğun olaraq məktəbin cari il məzunu Zeynəb Babayeva gümüş nişanla təltif olunub. Bu münasibətlə məktəbimizə ilk gümüş nişanı gətirən Zeynəbi, onun müəllimlərini, valideynlərini və məktəb kollektivini təbrik edirik! Qeyd edək ki, medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi