2022-2023-cü tədris ilinin yekun Pedaqoji şura iclası keçirilib

2022-2023-cü tədris ilinin yekun Pedaqoji iclası keçirildi. Gündəlikdə duran məsələlər haqqında məktəbin direktoru Yaqut Kərimli məlumat verdi. 2022-2023-cü tədris ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının və III sinif şagirdlərinin monitorinq nəticələrini pedoqoji kollektivlə müzakirə etdi. Məktəbdə psixoloji işlərin və tərbiyə işlərinin təşkili, şagirdlərin uğurları, digər cari məsələlər haqqında danışdı. Təlim tərbiyə işləri üzrə direktor müavini Leyla Əhmədovanın yay-tədris tapşırıqlarının verilməsi və illik hesabat haqqında çıxışı dinlənildi. Sonda hər bir məsələ haqqında pedoqoji şura qərar verdi. Gələcək tədris ili ilə bağlı müəyyən müzakirələr olundu. Məktəbin direktoru Yaqut Kərimli növbəti tədris ilində yeni-yeni uğurlar qazanmaq diləyi ilə hər kəsə xoş istirahətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi