Məktəbdə "Son zəng" tədbiri keçirildi

14.06.2023-cü il tarixində məktəbimizdə "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Yaqut Kərimli qonaqları salamlayaraq məzunlara xoş arzularını çatdırdı. Daha sonra məktəbin qonaqları, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri Elyar Babayev və Abuzər Kərimli, 11-ci sinif rəhbərləri, 9"X" sinif rəhbəri, ibtidai sinif müəllimləri, valideynlər çıxış edərək məzunları təbrik etdi, onlara müstəqil həyat yollarında uğurlar arzuladılar. Məzunlar adından çıxış edən Polad Cəfərov, Ləman Hacıbəyova və Xanım Mehdiyeva məktəb rəhbərliyinə, müəllimlərə təşəkkür edərək məzun yoldaşlarını təbrik etdilər. Balaca fidanlarımız, 1"A",1"B",1"C" sinif şagirdlərinin "Müəllim", "Vətən" və "Son Zəng" şeirləri ilə təbriki, Tofiq Quliyevin "Vals"ı, Süleymani", "Popuri", "Azərbaycan suitası" sədaları altında edilən rəqslər, Nicat Məcidlinin sazda ifası tədbirə xüsusi rəng qatdı. Tədbirdə məzun Murad Quliyev məktəbin simvolik açarını 10-cu sinif şagirdinə təqdim etdi, “Son zəng” çalındı, səmaya əlvan şarlar buraxıldı. Məzunların rəqsi ilə tədbir sona çatdı.