İngilis dili fənn aylığı ilə əlaqədar "English is fun" adlı tədbir keçirilib

İngilis dili fənn müəllimlərinin təşkilatçılığı ilə 31.05.2023-cü il tarixində 3"A", 3"B", 3"C", 4C", 5"C", 6"B", 6"C", 7"A", 7"B",7"C", 8"A" və 9"A" sinif şagirdləri ilə birgə "English is fun"adlı tədbir keçirilib. Tədbirin aparıcıları, 9"A" sinif şagirdləri Nihad Məmmədov və Bikə Babazadə Böyük Britaniya və ingilis dilində danışan ölkələrin tarixindən, mədəniyyətindən, yazıçılarından, şairlərindən və tanınmış yerlərindən, adət-ənənələrindən danışıblar. Tədbirdə 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin xarici jurnalistlərə ingilis dilində verdiyi müsahibə nümayiş olunub. Şagirdlər ingilis dilində mahnılar ifa ediblər, şeirlər, yanıltmaclar söyləyib, səhnəciklər göstəriblər. Onlar ingilis dilinin beynəlxalq dil kimi öyrənilməsinin vacibliyini qeyd ediblər. Tədbir 4"C" sinif şagirdlərinin rəqsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi