Şagirdlərimiz Abdulla Şaiq və Cəlil Məmmədquluzadənin ev muzeylərində olublar

4"A" və 4"C" sinif rəhbərləri Fərqanə Mirzəyeva və Mehriban Əliyevanın təşkilatçılığı ilə şagirdlərimiz Azərbaycan Uşaq ədəbiyyatı banisi Abdulla Şaiqin və yazıçı, dramaturq, jurnalist, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət ediblər. Muzeydə onlar şair və yazıçının həyat və yaradıcılıqları, yazdıqları şeir və hekayələri haqqında məlumatlandırılıblar. Cəlil Məmmədquluzadənin "Poçt Qutusu" hekayəsi və "Danabaş kəndinin əhvalatları" povesti, digər əsərlərinin muzeydə olan ilk nüsxələri ilə də tanış olublar. Şagirdlərimiz hər iki muzeydən xoş təəssüratla qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi