28 May – Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib

26 may 2023-cü il tarixində Elmira Fərzullayevanın təşkilatçılığı və 5"A" sinif şagirdlərinin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirildi. Dövlət Himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Vətən müharibəsi şəhidləri, Xalq Cümhuriyyəti qurucuları və Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Xətai rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi şəhidi, məzun Samir Əliyevin anası Sevda Əlizadə, qazi, cəsur döyüşçü Emin Abdinov iştirak edirdi. Aparıcılar tədbiri açıq elan edərək şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gün kimi qeyd olunan 28 may tarixi haqqında məlumat verdilər. Məhəmməd Əmin Rəsulzadənin və Ulu Öndər Heydər Əliyevin respublika haqqında fikirləri səsləndirildi. Şagirdlər Xalq Cümhuriyyəti qurucularının 2 illik hesabatını səhnələşdirib təqdim etdilər. Tədbir şagirdlərin ifasında Azərbaycan haqqında şeir, mahnı və rəqslərin ifası ilə davam etdi. Tədbirdə valideynlərin övladlarıyla birlikdə bədii kompozisiya ilə çıxış etməsi qonaqlar tərəfindən xüsusi marağa səbəb oldu. "Yaşa Azərbaycan" mahnısının sədaları altında şagirdlərin rəqsi ilə tədbir sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi