"Məktəbdə psixoloji-profilaktik təlimlər” layihəsinin bağlanış və sertifikatlaşma tədbiri

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi olmuş "Məktəbdə psixoloji-profilaktik təlimlər” layihəsinin bağlanış və sertifikatlaşma tədbiri keçirildi. Psixoloqlar Məhərrəmova Firəngiz və Quliyeva Şəhla layihə çərçivəsində olan işlərini tamamladılar, müəllimlərin, şagirdlərin və valideynlərin sertifikatlarını təqdim etdilər.