"Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsi

25.05.2023-cü il tarixində Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsinin final mərhələsi keçirilib. 8"A" sinif şagirdi Hüseynova Məryəm çəkdiyi rəsm əsəri ilə final mərhələsində iştirak etmək üçün vəsiqə qazanıb. Təbrik edirik Məryəm. Uğurların bol olsun.