"Azərbaycanda Biomüxtəliflik" mövzusunda maarifləndirici dərs keçirilib

Məktəbin biologiya müəllimi Sevinc Məmmədova 6"A" sinfində "Azərbaycanda Biomüxtəliflik" mövzusunda maarifləndirici dərs keçirib. Dərsdə şagirdlər bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlərin biomüxtəlifliyinə aid esse, layihə, şəkil, sxemlər, krossvord hazırlayıblar. Divar qəzetində maraqlı məlumatlar yerləşdiriblər. Dərsdə ekosistemlərin, ekologiyanin sahələrindən danışılıb. Bu sahələdə olan problemlər diskussiya şəklində müzakirə olunub. Hər birimizin biomüxtəlifliyin, ekologiyanin qorunmasında rolu qeyd olunub, eyni zamanda ekosistemin, biomüxtəlifliyin planetdə, insan həyatında vacib əhəmiyyətindən danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi