20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi

55 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanmış, sinif təşkilat saatları təşkil olunmuşdur. Məktəbdə şagirdlərin hazırladıqları Şəhidlər Xiyabanının maketi, çəkdikləri rəsm işlərindən ibarət sərgi düzəldilmişdir. 19.01.2017-ci il tarixdə məktəbin foyesində 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün anım mərasimi keçirilmişdir. Məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva 20 yanvar 1990-cı il hadisələrinin şahidi kimi öz xatirələrini şagirdlərlə bölüşdü. Məktəb kitabxanasında məktəbin ingilis dili müəllimi Abbasova Məhluqə şagirdlərlə birlikdə "20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi" mövzusunda "Dəyirmi masa" keçirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi