Beynəlxalq Ailə Günü ilə əlaqədar maarifləndirici sinif təşkilat saatlari keçirilib

15.05.2023-cü il tarixində Beynəlxalq Ailə Günü ilə əlaqədar 2"A", 2"B", 2"C", 3"A", 3"B", 4"A", 4"C" sinif təşkilat saatlarında maarifləndirici söhbətlər aparılıb. Müəllimlər şagirdlərə ailədə uşaqların rolu və üzərinə düşən məsuliyyəti, ailə dəyərləri, ailə ənənələri haqqında, "Beynəlxalq Ailə Günü"nün yaranma tarixi haqqında məlumat veriblər. Onu da vurğulayıblar ki, ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və şagirdlərə tövsiyə ediblər ki, ailə müqəddəsdir, ailənizi sevin, ailə dəyərlərini qoruyun və hörmətlə yanaşın. Sonda şagirdlər mövzu ilə bağlı videoçarx izləyiblər və çəkdikləri şəkilləri nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi