"Ailəm və məktəbim" layihəsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam edir

12.05.2023-cü il tarixində "Valideynin məktəbdə bir günü" layihəsi ilə əlaqədar "Açıq qapı" günü keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlığını, məktəblə əməkdaşlığını daha da gücləndirməkdən, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarət olub. Valideynlər hazırlanmış proqram üzrə dərslərdə oturub dərs prosesini izləyiblər, məktəb kitabxanası, idman zalı, bufet, texnologiya otağı və kabinetlərlə tanış olublar. Məktəb foyesində Dahi Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar hazırlanmış əl işləri və foto stendlərdən ibarət sərgi ilə də tanış olublar. Görüşün sonunda valideynlər təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Əhmədova, təşkilatçı Mətanət Əsgərova, psixoloq Ulduz Cabbarova və tibb bacısı Səbinə Kərimova ilə görüşüb, öz fikir və təkliflərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi