Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Tarix yazan imza" adlı tədbir keçirilib

"Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş silsilə tədbirlər davam edir. 3"C" sinif rəhbəri Nailə Quliyevanın təşkilatçılığı ilə 3"C", 7"C", 11"B" sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Tarix yazan imza" adlı tədbir keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, Yeni Azərbaycan Partiyasının idealoji işlər üzrə məsləhətçisi Fidan Əliyeva və məktəbin məzunu, şəhid Samir Əliyevin anası Sevda Əliyeva iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimiz və Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Aparıcılar, 11"B" sinif şagirdi Zeynəb Babayeva və 8"A" sinif şagirdi Əli Əfəndiyev Ümummilli Liderin həyatı, onun Azərbaycan tarixində misilsiz rolu, xidmətləri haqqında məlumat veriblər. Şagirdlər müəllim, Azərbaycan, Heydər Əliyevlə bağlı şeirlər, kəlamlar, mahnılar səsləndirib, hazırladıqları kompozisiyaları nümayiş etdiriblər. 3"C" sinif şagirdi Molouki Nafas "Xarıbülbül", 7"C" sinif şagirdləri "Azərbaycan suitası" rəqsi ilə çıxış ediblər. İştirakçılar tədbiri Zülfiyyə Xanbabayevanın ifasında "Azərbaycan" mahnısının sədaları altında rəqs edərək yekunlaşdırıblar.