Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

05.05.2023-cü il tarixində loqoped Fərəh İmamverdiyevanın təşkilatçılığı ilə nitqi qüsurlu şagirdlərlə "Tarix yazan şəxsiyyət" adlı musiqili-bədii kompozisiya keçirilib. Tədbirdə ADPU-nun məktəbəqədər təhsil fakultəsinin dekanı Pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, xüsusi təhsil kafedrasının müdiri dosent Simnarə Heydərova, universitetin müəllimi Adilə Mürsəlova iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Bir dəqiqəlik sükutla Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi yad edilib. Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edən videoçarx izlənilib. Şagirdlər Vətən, Azərbaycan, Heydər Əliyevlə bağlı şeirlər söyləyiblər, mahnılar ifa ediblər. 9"X" sinif şagirdləri "Şuşanın dağları" xalq mahnısının sədaları altında rəqs ediblər. Tədbirdə iştirak edən Nailə Hüseynova Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolundan danışıb. O, məktəb tərəfindən nitqi qüsurlu şagirdlərə göstərilən diqqət və qayğını da xüsusi vurğulayıb və universitetin gələcək tədbirlərdə məktəblə sıx əməkdaş olmağını təklif edib. Sonda məktəbin direktoru Yaqut Kərimli qonaqlara təşəkkürünü bildirib. Tədbirdə iştirak edən şagirdlərə diplomlar təqdim olunub və qonaqlarla xatirə şəkli çəkilib.