Kiçik yaşlı məktəblilər 20 Yanvar şəhidlərini yad etdi

17 yanvar 2017-ci il tarixdə məktəbin akt zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Vətən şəhidləri" adlı anım tədbiri keçirildi. Tədbiri ibtidai sinif müəllimi Nailə Quliyevanın başçılığı altında 1c sinif şagirdləri hazırladı. Tədbirdə şagirdlər tərəfindən məktəbli şəhidlərimiz olan Larisa Məmmədova və İlqar İbrahimovu əks etdirən kiçik səhnəcik və "Ana, əsgər gedirəm" adlı kompozisiya göstərildi. Kiçik yaşlı məktəblilər məharətlə çıxış etdilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 20 Yanvar şəhidləri ilə bağlı videoçarx nümayiş olundu. Tədbirdə həmçinin tarix müəllimi Zümrüd Həsənquliyeva çıxış edərək 20 yanvar 1990-cı il tarixinin ümumxalq hüzn günü ilə yanaşı milli qürur günü olduğunu qeyd etdi. Sonda kiçik yaşlı məktəblilər məktəbdə yaradılmış "Şəhidlər" guşəsini ziyarət etdi.