"Qarabağ Azərbaycandır!" mövzusunda tədbir keçirildi

8"A", 9"A", 9"C" və 10"B" sinif şagirdlərinin iştirakı ilə "Qarabağ Azərbaycandır!" mövzusunda növbəti tədbir həyata keçirildi. Şagirdlərimiz böyük həvəslə və qürur hissi ilə Qarabağımızdan, işgaldan azad olmuş torpaqlarımızdan, Ali Baş Komandanımızın ətrafında sıx birləşən Azərbaycan gənclərindən, onların mərdliyindən danışdılar. Sonda coğrafiya müəllimi Gülsüm Hacıyeva şagirdlərə torpağın müqəddəsliyindən danışdı və onlara təşəkkürünü bildirdi.