Tədbirlər planına uyğun olaraq şagirdlərin maariflənməsi məqsədi ilə Peşə məktəbinə ekskursiyaların təşkili davam edir

27.04.2023-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 9-cu sinif rəhbərləri Aidə İsmayılova və Suğra Ramazanova 8 və 9-cu sinif şagirdləri ilə birgə "Tuna" nəşriyyat evinə ekskursiya etdilər. Şagirdlər "Tuna" nəşriyyatında kitabların çap olunması və cildlənməsi ilə tanış oldular. Onlar "Tuna" nəşriyyat evindən xoş təəssüratla qayıtdılar. Sonda nəşriyyat evinin qarşısında xatirə şəkli çəkildi.