Oftalmologiya sahəsində ilk azərbaycanlı qadın akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

Məktəbin biologiya müəllimi Afət Balabəyova 9"A" və 9"C" sinif şagirdləri ilə birgə alim Zərifə Əliyevanın 100 illiyi ilə bağlı "dəyirmi masa" keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Akademik Zərifə Əliyeva və Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlər Zərifə Əliyevanın həyat və yaradıcılığından, elmi tədqiqatlarından, iş fəaliyyətindən, oftalmologiya sahəsindəki uğurlarından danışdılar. Müəllim Afət Balabəyova vurğuladı ki, dünya şöhrətli alim, bacarıqlı pedaqoq, qayğıkeş ana, akademik Zərifə Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdu. Tədbirin sonunda Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs edən videoçarx izlənildi.