"İdmansevərlər" layihəsi çərçivəsində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirildi

19.04.2023-cü il tarixində fiziki tərbiyə müəllimi Əfsanə Hüseynova idmançı şagirdlərlə birgə maarifləndirici tədbir keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Ulu Öndər Heydər Əliyevin idmanla bağlı fikirləri söylənildi. Prezident İlham Əliyevin gənc idmançılara tövsiyyəsi dinlənildi. Tədbirdə 9"C" sinif şagirdi Gülay Əsgərli ümumi idman haqqında, 6"A" sinif şagirdi Səbinə Quliyeva milli idman növlərinin tarixi, 9"C" sinif şagirdi Mələk Qarayeva OSEP idman layihəsi haqqinda məlumat verdi. 9"B" sinif şagirdi Gülçin Mürsəlova və 11"A" sinif şagirdi Xədicə Baxışlı məşgul olduqları idman növləri haqqında danışdılar. Tədbirdə məktəbin məzunu Elmir Hüseynli idmanın karate növü haqqında məlumat verdi. Sonda şagirdlər musiqi sədası altında idman hərəkətlərini nümayiş etdirdilər. Tədbir maraqla qarşılandı.