Şəhidlər Xiyabanına ziyarət

Artıq 27 ildir ki, Şəhidlər Xiyabanı müqəddəs ziyarətgaha çevrilmişdir. Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmişdir. 16.01.2017-ci il tarixdə məktəbimizin müəllim və şagirdləri Şəhidlər Xiyabanını ziyarət etdilər. Şagirdlərə 20 Yanvar şəhidləri haqqında geniş məlumat verildi. Hər bir məktəbli bir dəqiqəlik sükutla şəhidləri yad etdilər və məzarlarını gül-çiçəklə bəzədilər. Bir Azərbaycanlı kimi böyük fəxr hissi ilə ziyarəti başa vurdular.