Şagirdlər "Atəşgah" və "Yanardağ" Dövlət Tarix-Memarlıq qoruqlarında ekskursiyada olublar

18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar 7"C" sinfinin şagirdləri və sinif rəhbəri Elnarə Rüstəmova "Atəşgah" və "Yanardağ" Dövlət Tarix-Memarlıq qoruqlarında ekskursiyada olublar. Şagirdlər Abşeron yarımadasının yanardağlarının, alovlanan dəniz səthlərinin qədimdən belə zərdüşt və hinduist zəvvarların ibadətgahı olduğunu, həmçinin məşhur İpək Yolunun tacirlərinin də alov məbədlərinin ziyarət etdiklərini öyrəniblər. Öz odu-alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilən və təbii ocağın üzərində XVII əsrdə inşa edilən "Atəşgah" adlı tarixi abidə şagirdlər tərəfindən böyük maraqla izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi