"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" mövzusunda maarifləndirici tədbir keçirilib

Tədbirlər planına uyğun olaraq 14.04.2023-ü il tarixində "Narkotik vasitələrin qanunsuz dövriyyəsi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Kəmalə Məmmədova, Soul psixologiya və nitq inkişaf mərkəzinin rəhbəri Ofelya Məmmədova və Xətai rayon 37-ci Polis Bölməsinin yeniyetmə və azyaşlılar üzrə inspektoru Taleh Xankişiyev iştirak edib. 9, 10 və 11-ci sinif şagirdləri ilə keçirilən tədbirdə maarifləndirici söhbətlər aparılıb. Kəmalə Məmmədova narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şagirdləri məlumatlandırıb. Soul psixologiya və nitq inkişaf mərkəzinin rəhbəri Ofelya Məmmədova yeniyetmələrin psixologiyasına neqativ təsir edən maddələrdən söhbət aparıb. Polis bölməsinin yeniyetmə və azyaşlılar üzrə inspektoru Taleh Xankişiyev narkotik maddələrdən, tütündən istifadə edən yeniyetmələrin və azyaşlıların aludəçiliyi ilə bağlı sualları cavablandırıb. Şagirdlərə tövsiyə olunaraq bildirilib ki, narkotik maddələrdən, tütündən uzaq olsunlar və məktəb ətrafında negativ hallara rast gəldikdə qaynar xəttə zəng edib bildirsinlər. Tədbirin sonunda şagirdlərin sualları cavablandirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi