Tədbirlər planına uyğun olaraq "12 aprel Beynəlxalq Kosmonavtika günü" ilə əlaqədər sinif saatları keçirilib

12 Aprel 2023-cü il tarixində 2"C" və 3"B" sinif rəhbərləri Vüsalə Həsənova və Nailə Qədirova "12 Aprel Beynəlxalq Kocmonavtika günü" ilə əlaqədar keçirilən sinif saatında şagirdlərə məlumat veriblər ki, bu günün keçirilməsinə səbəb 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Sonra Yuri Qaqarin haqqında videoçarx nümayiş olunub, şagirdlər kosmos haqqında öz fikirlərini söyləyiblər, kosmosu fəth edən ilk qadın kosmonavt Valentina Tereşkova haqqında da maraqlı söhbətlər ediblər. Mövzuya uyğun kitab, kosmik gəminin rəsmləri, uşaqların əl işlərindən ibarət sərgi nümayiş edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi