"Sağlam həyat tərzi" mövzusu ilə bağlı "Sağlam Yaşa!" adlı maarifləndirici tədbir keçirildi

Tədbirlər planına uyğun olaraq 07.04.2023-cü il tarixində məktəbin biologiya müəllimi Aynurə Mahmudova 8"B" sinif şagirdləri ilə birgə "Sağlam Yaşa!" adlı maarifləndirici tədbir keçirtdi. Sağlam həyat tərzinin təbliği məqsədi ilə təşkil olunmuş tədbirdə şagirdlər meyvələrin insan sağlamlığına faydası, dərman bitkilərinin xəstəliklərin müalicəsində istifadəsi, gigiyena, idmanın əhəmiyyəti və s. mövzularda çıxışlar etdilər. Şagirdlərin “Meyvələrin orqanlara bənzərliyi və faydası“ mövzusunda təqdimatları çox maraqla qarşılandı. “Fast food” qidaların zərəri və fəsadları barəsində təqdimat, fotostendlər, videoçarxlar və dərman bitkiləri haqqında səhnəcik tədbir izləyicilərinə təqdim olundu. Sonda məktəbin direktoru şagirdlərlə mövzu ətrafında maarifləndirici müzakirələr apardi və sağlamlığın qorunması məqsədi ilə öz tövsiyyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi