"Heydər Əliyev-100" adlı "dəyirmi masa" keçirildi

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar məktəb kitabxanasında "Heydər Əliyev-100" adlı "dəyirmi masa" keçirildi. Tədbir kitabxanaçı Mehparə Hacıyevanın təşkilatçılığı ilə 8 və 9-cu sinif şagirdləri ilə birgə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatından, keçdiyi ömür yolundan, fəaliyyətindən və 2-ci dəfə Azərbaycana qayıdışından danışıldı. Kitabxanaçı Mehparə Hacıyeva Heydər Əliyevin təhsilə, məktəb kitabxanalarının zənginləşməsinə önəm verdiyini vurğuladı. Sonda Heydər Əliyevlə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi