"Dördgünlük müharibə" adlı tədbir keçirilib

4 Aprel 2023-cü il tarixdə Tədbirlər Planına uyğun olaraq 5 "C" sinif rəhbəri Rəvanə Məmmədovanın təşkilatçılığı ilə şagirdlərlə birgə "Dördgünlük müharibə" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən və torpaq uğrunda həlak olan şəhidlər 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər şəhidlər, vətən haqqında şeirlər söylədilər, musiqilər ifa etdilər, müharibəyə aid səhnəciklər təqdim etdilər. Tədbirdə Aprel döyüşlərinə aid videoçarx izlənildi. Məktəbin direktor müavini Leyla Əhmədova çıxış edərək qeyd etdi ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edildi. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvələrinin qələbəsi ilə nəticələndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi