Beynəlxalq Uşaq Kitabı Günü ilə baglı şagirdlərin Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub

2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü ilə baglı məktəbin kitabxanaçısı Mehparə Hacıyeva və 4"B" sinif rəhbəri Fərqanə Mirzəyevanın təşkilatçılıgı ilə şagirdlər Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Şagirdlər "nagıllar aləmi", kiçik oxu zalı, böyük oxu zalına səyahət ediblər. Kiçik oxu zalında şagirdlər görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən brayl əlifbası ilə tanış olublar. Kitabxananın əməkdaşı şagirdlərə F.Köçərlinin "Balalara hədiyyə" kitabından bəhs edib. Sonda şagirdlər kitabxananın zəngin fondunda kitablar sistemi ilə tanış olublar.