Şagirdlərimiz Bakı Dövlət Universitetinin M.A.Axundov adına Təkamül Təlimi Muzeyində ekskursiyada olublar

Tədbirlər planına uyğun olaraq məktəbdə fənn aylıqları keçirilir. Biologiya aylığı ilə əlaqədar müəllimlər Aynurə Mahmudova və Sevinc Məmmədova 10 -cu sinif şagirdləri ilə Bakı Dövlət Universitetinin M.A.Axundov adına Təkamül Təlimi Muzeyində ekskursiyada oldular. Burada şagirdlərimiz təkamül prosesini 2461 eksponatdan ibarət əyani vəsait əsasında izləyə bildilər. Muzeydə toplanmış müxtəlif paleontoloji, müqayisəli anatomik, embrioloji, biocoğrafi dəlillər çox maraqla izləndi. Şagirdlər üzvi aləmin meydana çıxması, inkişafı, onun ümumi qanunauygunluqları, istiqamətləri, hərəkətverici qüvvələri haqqında əyani olaraq bir çox eksponatlarla taniş oldular. Muzeyə rəhbərlik edən biologiya elmləri namizədi Yeganə Əliyeva ekskursiyada olan şagirdlərimizin “Təkamül təlimi” mövzularını əyani olaraq mənimsəmələrinə köməklik göstərdi. 70-dək quş növünün (kəklik, qartal, tovuz, turac, ördək və s.) müqəvvaları şagirdlərin marağını ən çox cəlb edən məqamlardan oldu. Muzeydəki çoxşəkilliliyi ilə fərqlənən ekspozisiyalar şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi