"31 mart - Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar 105-ci ildönümü qeyd olundu

    Tədbirlər planına uyğun olaraq 31.03.2023-cü il tarixində "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar 105-ci ildönümü qeyd olundu. Məktəbin tarix müəllimi Ravil Abdullayevin təşkilatçılığı və 10"A" sinif şagirdləriylə birgə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.1 dəqiqəlik sükutla şəhidlərimiz yad olundu. Tarix müəllimi Ravil Abdullayev çıxış edərək 1918-cı ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş planlı surətdə həyata keçirtdiyi soyqırımı haqqında məlumat verdi və videoçarx izləndi. Sonra 10"A" sinif şagirdləri hazırladıqları təqdimatları təqdim etdilər.

    31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sinif saatlarında söhbətlər aparıldı, şagirdlərin rəsmlərindən ibarət güşələr hazırlandı. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisinin kütləvi sürətdə soyqırıma məruz qalması ilə bağlı film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi