8"A" sinfində "Kitab bilik mənbəyidir" mövzusunda "dəyirmi masa" keçirilib

29.03.2023-cü il tarixdə 8"A" sinfində "Kitab bilik mənbəyidir" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə TTİ üzrə direktor müavini Leyla Əhmədova da iştirak edib. Sinif rəhbəri Gülsüm Hacıyeva toplantının məqsədini açıqlayıb. Belə ki, valideynlərin və şagirdlərin təşəbbüsü ilə sinfin kitarbxana fondunun yaradıldığını elan edib. Məktəbin direktoru Yaqut Kərimlinin bu işdə sinfə yardımçı olduğunu və təşəbbüsü bəyəndiyini söyləyib. O, kitab fondunun zənginləşməsi üçün fonda kitab hədiyyə edib. Söz şagirdlərə verilib. Onlar böyük həvəslə oxuduqları əsərləri dəyərləndiriblər. Sonda Leyla Əhmədova şagirdlərə öz təşəkkürünu bildirib və onun da fonda hədiyyəsi olduğunu elan edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi