Xüsusi siniflərdə və evdə təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirilmişdir

13.03.2023 tarixində baş tutan görüşdə xüsusi sinif şagirdlərinin və evdə təhsil alan şagirdlərin valideynləri iştirak etmişdir. Məlumat üçün bildiririk ki, görüş evdə təhsil alan şagirdlərin valideynləri ilə məktəbdə indiyə qədər keçirilmiş ilk kütləvi görüş olub. Görüş zamanı valideynləri maraqlandıran suallar cavablandırılmış, təkliflər dinlənilmişdir. Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə məktəb-müəllim-valideyn üçbucağının əhəmiyyətindən bəhs olunmuş, sağlamlıq imkanları məhdud şagirdlərin bacarıq və imkanlarına uyğun peşələr seçməsi ilə bağlı xüsusi sinifdə təhsil alan 9-cu sinif şagirdlərinin valideynləri məlumatlandırılmışdır. Eyni zamanda evdə təhsil alan şagirdlərin valideynləri ilə şagirdlərin təlim nailiyyətləri haqqında söhbət aparılmış, tövsiyyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi