"Dəyərlərimizi qoruyaq!" layihəsinin keçirilməsi ilə əlaqədar tədbirlər davam edir

Şagirdlərimizin "Novruz" adət-ənənələrini daha yaxşı öyrənməsi məqsədi ilə 15.03.2023-cü il tarixində 8"A" sinfində sinif rəhbəri Gülüsüm Hacıyeva sinif təşkilat saatında "Dəyərlərimizi qoruyaq!" layihəsi ilə bağlı söhbət aparıb. 2"A" sinfində təsviri incəsənət dərsində şagirdlər "Novruz"un simvolu olan səməni şəkli çəkiblər. 4"C" sinif şagirdləri texnologiya dərsində əl işlərindən ibarət sərgi hazırlayıblar. Xalq yazıçısı İ.Şıxlının "Dəli Kür" əsərinə çəkilmiş kinofilmindən fraqmentlərə tamaşa ediblər.  4" B" sinif rəhbəri Fərqanə Mirzəyeva şagirdlərlə intellektual müsabiqə keçirtdi. 4"A" sinif rəhbəri Acar Vəliyeva şagirdlərə təsviri incəsənət dərsində baharın gəlişini xəbər verən qaranquşun və ilk çiçək açan bənövşə gülünün şəklini çəkdirdi. #dəyərlərimiziqoruyaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi