“Arşın mal alan”ı - məktəblilərimiz səhnələşdirdi

07.03.2023 tarixində ibtidai sinif müəllimi Mehriban Əliyevanın rəhbərliyi ilə 4"C" sinif şagirdləri Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını səhnələşdirdilər. Şagirdlər tamaşanı yüksək səviyyədə oynadılar, kiçik yaşda olmalarına baxmayaraq, rolların öhdəsindən müvəffəqiyyətlə gəldilər. Səhnənin maraqlı tərtibatı isə əsl teatr mühitini xatırladırdı və bu tamaşaçılara böyük zövq verdi. Tamaşaının sonunda çıxış edən məktəbin direktoru Yaqut Kərimli şagirdlərin çıxışlarını qiymətləndirərək qeyd etdi ki, Üzeyir Hacıbəyovun zəngin musiqi irsi Azərbaycanın böyüməkdə olan gənc nəslinin bədii qidasıdır. Bu tamaşanın şagirdlərimizin ifasında oynanılması da bunun sübutudur.