2"A", 2"B", 2"C" siniflərində 1 Mart-Ümumdünya Mülku Müdafiə Günü" ilə əlaqədar təşkilat saatı keçirildi

Təşkilat saatında Mülki Müdafiə haqqında təşkil edilən sərgi qarşısında şagirdlərə Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verilərək, əleyhəqazlarla tanış edildi, yanğın təhlükəsizliyi qaydalarından söhbət edildi. Təbii və fövqəladə hallar zamanı şagird və müəllimlərin təxliyə edilməsi barədə göstərişlər verildi.