"Elektron Təhsil" Respublika müsabiqəsinin qalibi

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri 29 dekabr tarixində elan edildi. Məktəbimizin tarix müəllimi Ülviyyə İsmayılova “Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası” nominasiyası üzrə III yerə layiq görülmüş, ona diplom və printer mükafatı təqdim olunmuşdur. Distant dərsin mövzusu "Azərbaycan ərazisində ən qədim insan məskəni Qarabağdadır". Ülviyyə İsmayılovanı bu qalibiyyət münasibəti ilə təbrik edir və ona gələcək işlərində uğurlar arzulayırıq.