İdman həftəsi ilə əlaqədar "Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirildi

İdman həftəsi ilə əlaqədar 3"B" sinfində "Sağlam qidalanma" ilə bağlı maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edən 3"B" sinif müəllimi Nailə Qədirova şagirdlərə sağlam olmaq üçün hansı qidalardan istifadə etməyi, zərərverici ərzaqlardan uzaq olmağı söylədi. Mövzu ilə bağlı şagirdlər hazırladıqları təqdimatları, rəsmləri nümayiş etdirdilər. Şagirdlərin ərzaqlardan hazırladıqları guşə maraqla qarşılandı. Meyvələr haqqında səslənən mahnı ilə tədbiri sona çatdı.