“İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq şagirdlərin iştirakı ilə viktorina, sərgi və idman yarışı keçirilib

İdman həftəsinin keçirilməsi ilə bağlı tərtib olunmuş proqrama uyğun olaraq 28.02.2023-cü il tarixində 3"C" və 8"A" siniflərində sinif rəhbərlərinin və fiziki tərbiyə müəlliminin təşkilatçılığı ilə idman viktorinası keçirilib. İbtidai siniflərdə "Olimpiya oyunları uşaqların gözü ilə" əl işlərindən ibarət sərgi təşkil olunub. 4"B" və 4"C" sinif şagirdləri arasında "Şən startlar" estafet yarışı keçirilib.