5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində məktəbdə "İdman həftəsi" keçirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02/TQC-7-99 nömrəli məktubuna əsasən 27 fevral-3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində məktəbdə "İdman həftəsi" keçirilir. Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə məktəbdə müxtəlif formatlı tədbirlər keçirilir. Tərtib olunmuş proqrama uyğun olaraq 27.02.2023-cü il tarixdə fiziki tərbiyə müəllimi Afət Əkbərova mövcud qaydalara uyğun olaraq gündəlik gimnastik hərəkətlər, idman növləri haqqında söhbətlər apardı. İdmançıların yarışa hazırlığının psixoloji yanaşması ilə bağlı məktəb psixoloqu Ulduz Mollayeva şagirdlərlə maarifləndirici söhbət apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi