"Xocalı soyqırımı-31 il" adlı əbədi-bədii kompozisiya keçirildi

24.02.2023-cü il tarixdə 5"B" sinif rəhbəri Samirə Şərifova şagirdlərlə Xocalı soyqırımına həsr olunmuş "Xocalı soyqırımı-31 il" adlı ədəbi-bədii kompozisiya keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlər bir dəqiqəlik sükutla yad olundu. Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında nitqi səsləndirildi. Şagirdlər Xocalı haqqında şeirlər, bayatılar söylədilər, soyqırımda şəhid olan qəhrəmanlar haqqında məlumat verdilər. Xocalı soyqırımında "Ana və onun körpəsini" ermənilərin necə güllələməsi mono tamaşasını təqdim etdilər. Tədbir şagirdlərin "Qarabağ Azərbaycandır!" şüarını səsləndirməsi ilə bitdi. Tədbirdən sonra 5"B" sinif şagirdləri "Ana harayı" adlı abidəni ziyarət edərək qərənfillər düzdülər.