"Xocalı soyqırımını unutmayaq!" adlı "dəyirmi masa" keçirildi

Kitabxanada kitabxanaçı Mehparə Hacıyevanın təşkilatçılığı və 6"B"sinif şagirdləri ilə "Xocalı soyqırımını unutmayaq!" adlı "dəyirmi masa" keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər Xocalı faciəsi haqqında məlumatlar verdilər, şeirlər söylədilər. Tarix müəllimi Ravil Abdullayev çıxış edərək qeyd etdi ki, Xocalı faciəsi xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. 30 illik həsrətə son qoyuldu. Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərin qanı yerdə qalmadı. Sonda Xocalı faciəsinə həsr olunmuş video-çarx izlənildi.