Əsrə bərabər 25 il

23 dekabr 2016-cı il tarixdə “Əsrə bərabər 25 il” mövzusunda məktəbin akt zalında tarix müəllimi Elnarə Rüstəmovanın təşkilatçılığı ilə geniş musiqili-bədii kompozisiya keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər. Tədbirdə 6-cı sinif şagirdləri Nihat Məmmədli, Əli Əliyev, Nigar Şükürova, Nigar Namazova, Ayan Aslanova, Nərmin Əzimzadə, Aliyə Məmmədli, Leyla Muradzadə, Ləman Dərişova, 8-ci sinif şagirdləri Nərgiz Abbasova, Nəzrin Mehtiyeva, Afət Süleymanovanın hazırladıqları təqdimatlar, şeirlər maraqla dinlənilmişdir. Şagirdlər Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu haqqında fotostendlər, esselər, referatlar hazırlamışdırlar. Musiqi müəllimi Safurə Qarayevanın müşayiəti ilə 4-cü sinif şagirdləri Solmaz Abışova və Zeynəb Məmmədova Ulu öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş nəğmələr ifa etmişdirlər. Azərbaycan Dövlətinin misilsiz inkişafı ilə əlaqədar informatika müəllimi Elmira Fərzullayeva şagirdlərlə birgə hazırladığı videoçarxı nümayiş etdirdi. Tədbirin keçirilməsində əsas məqsəd məktəbdə təhsil alan şagirdlərin Azərbaycan dövlət müstəqilliyinin tarixi və misilsiz inkişafı haqqında biliklərini zənginləşdirməkdən, İKT imkanlarından istifadə edərək ölkəmizdə 25 il ərzində qazanılan uğurlar barədə daha ətraflı və rəngarəng məlumat verməkdən ibarət idi.