"21 Fevral Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar tədbir keçirilib

"21 Fevral Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə İbrahimova 7"B" sinif şagirdləri ilə birgə musiqili ədəbi-bədii gecə keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ümumimilli lider Heydər Əliyevin "Azərbaycan dili" haqqında çıxışı səsləndirildi. Tədbirdə şagirdlər yeddi ölkənin dilində dil haqqında yazılan şeirləri, aforizimləri və xalq şairləri Bəxtiyar Vahabzadənin,Tofiq Bayramın, Xəlil Rza Ulutürkün yazdığı şeirləri söylədilər. Şagirdlərdən Həsən Həsənli və Gülnur Əhmədli Azərbaycan dili haqqında geniş məlumat verdi. Həsən Həsənli və Nuray Cahangirovanın ifasında "Uzundərə" xalq rəqsi alqışlarla qarşılandı. Şagirdlərin ifasında "Dilim can incidəndir" və "Şirin dil" mahnısı səsləndi. Sonda məktəbin direktoru Yaqut Kərimli Azərbaycan dilinin zənginliyi və şirinliyi haqqında fikirlərini bildirdi. O qeyd etdi ki, bu gün dilimizin öz günüdür, söz günüdür. Dilimizi uca tutun, onda olan hər sözün qədrini bilin, ona dəyər verin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi