Beynəlxalq Kitab Bağışlama Günü

14 Fevral "Beynəlxalq Kitab Bağışlama Günü" ilə əlaqədar ibtidai sinif müəllimi Mehriban Əliyevanın təşkilatçılığı ilə 4"A", 4"B", 4"C" sinif şagirdləri foyedə yerləşdirilən "Oxuduğum və Oxuyacaqlarım" adlı lövhəyə oxuduqları və oxuyacaqları kitabların adlarını qeyd etdilər. Sonra şagirdlər oxuduqları kitabları öz aralarında müzakirə etdilər və digər yoldaşlarının oxuması üçün paylaşdılar.