İnformatika aylığı ilə əlaqədar nümunəvi dərs keçirilmişdir

İnformatika aylığı ilə əlaqədar 6 fevral 2023-cü il tarixdə 5"A" sinfində "Rəqəmsal bacarıqlar" layihəsi üzrıə informatika fənnindən "Təqdimatların tərtib edilməsi" mövzusunda nümunəvi dərs keçirilmişdir. Fənn müəllimi Sevinc Əzimova nümunə üzərindən şagirdlərlə birlikdə təqdimat redaktorunun nə üçün istifadə olunduğun izah etdi. Dərsin məqsədi elan olunduqdan sonra təqdimat, onun strukturu və tətbiq olunduğu sahələr haqqında müzakirələr aparıldı. Daha sonra şagirdlər platformaya daxil olub mövzu ilə bağlı tapşırıqları yerinə yetirdilər.