İnformatika aylığı çərçivəsində "Qeyri-səlis məntiq" nəzəriyyəsinin banisi Lütfi Zadənin məzarı ziyarət edilib

4 fevral dünya şöhrətli azərbaycanlı alim, "Qeyri-səlis məntiq" nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür. Bu münasibətlə informatika aylığı çərçivəsimdə məktəbin informatika müəllimləri Elmira Fərzullayeva və Sevinc Əzimova 8-ci sinif şagirdləri ilə alimin məzarını ziyarət etdilər, məzarın önünə gül dəstələri qoydular. Daha sonra şagirdlər dünya elminin inkişafına mühüm töhfələr verən dahi şəxsiyyət haqqında topladıqları məlumatları paylaşdılar. Alimin hobbisi, qəribəlikləri, bilinməyən nəzəriyyələri haqqında məlumatlar şagirdlərin marağına səbəb oldu. Şərəfli ömür yaşamış dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.